Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bərk Buğdanın Yerli Sortlarının Genomunda Nax1 Lokusunun Mövcudluğunа Görə Qiymətləndirilməsi
Z.C. Süleymanova, Ə.Ç. Məmmədov

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

    19 yerli bərk buğda sortlarının genomu, şoranlıq şəraitində yarpaqlarda natrium ionlarının miqdarının tənzimlənməsini idarə edən Nax1 lokusu ilə ilişikli markerin olmasına görə tədqiq olunmuşdur. gwm312 və wmc170 markerlər ilə aparılan PZR nəticəsində Bərəkətli-95, Garabağ, Şərq, Şiraslan-23 və Qırmızı buğda sortlarında Nax1 lokusu ilə ilişikli, ölçüsü 200 n.c.-dən ibarət olan fraqment aşkar olunmuşdur. İdentifikasiya olunan sortlar buğda üzrə aparılan seleksiya işlərində perspektiv sortlar kimi istifadə oluna bilər.

Bərk buğda sortları, Nax1 geni, molekulyar marker, ilişikli, allel