Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Brachypodium distachyon Bitkisinin Vegetativ Toxumalarında FEPK-aza Fermentinin Gen Ekspressiyasının Və Zülal Miqdarının Dəyişməsinin Tədqiqi
Ş.M. Bayramov, N.M. Guliyev

Molekulyar Biologiya və Biotexnologiyalar Institutu

   Brachypodium distachyon genomunda olan fosfoenolpirüvat karboksilaza (FEPK-aza) fermentinin üc izoformasının gen ekspressiyasını və bitki tip PEPK-aza polipeptidlərinin zülal miqdarının dəyişmə di­na­mikası tədqiq olunmuşdur. Umminoblotinq metodu ilə aparilmış experimentlər göstırmişdir ki, ən çox zülalı ekspressiya olunan bənd Brppc1 genin ekspressiya məhsuluna uyğun gəlir. Lakin duz və su stresi zamanı FEPK-azanın bakterial və bitki izoformalarında gen ekspresiyasının dəyişməsi fərgli olur. Quraqlıq stresinə məruz qalmış yetkin bitkilərin yaşlı yarpaqlarda FEPK-azanın hər iki po­lipeptidinin miqdarının artması görünür həmin yarpaqlarda üzvi azotun və karbonun yenidən mobilizasiyası ilə baglıdır.

B.distachyon, fosfoenolpirüvat karboksilaza, gen ekspressiya, zülal miqdarı, abiotik stress