Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
TELMAN AGAYEV – 80
İbrahim Əzizov
@

İnsanın şəxsiyyət kimi əsl dəyəri onun elmi və
ziyalı kamilliyi ilə ölçülür. Bu ağır, əziyyətli, eyni
zamanda şərəfli işi özlərinə həyat kredosu seçənlər,
həm də bəşəri dəyərlərin qorunub zənginləşməsində
əvəzsiz xidmətlər göstərirlər. Azərbaycan
mütəfəkkiri N.Tusinin məşhur kəlamı var:
“Əsl alim o kəsdir ki, onun ruhu, rahatlığı elmdədir”.
Ruhun rahatlığını elmdə tapan insanlardan
biri də AMEA-nın müxbir üzvü, A.İ.Qarayev
adına Fiziologiya İnstitutunun “Ontogenezin
biokimyası” laboratoriyasının rəhbəri Telman
Ağayevdir.

TELMAN AGAYEV – 80