Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Qeyri-Fotosintetik Fosfoenolpiruvat Karboksilaza Fermentinin Karbon Və Azot Metabolizmində Rolu Və Tənzimlənmə Mexanizmləri
Ş.M. Bayramov

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

İcmalda bitkilərdə qeyri-fotosintetik fosfoenolpiruvat karboksilaza fermentinin karbon və azot
metabolizmində rolu və tənzimlənmə mexanizmiləri haqqında qısa məlumat verilir. Fermentin
izoformalarının gen expressiyası, tənzimlənməsi və stres faktorlarına bitkilərin cavab reaksiyalarında
fizioloji rolu müzakirə olunur.

Fosfoenolpiruvat karboksilaza, karbon və azot metabolismi, tənzimlənmə, stres