Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xurma Sortlarının Bəzi Biokimyəvi Göstəriciləri
S.O. Qurbanova, Ə.Ə. Nəbiyev

Azərbaycan Texnologiya Universiteti

Tədqiqat işində ekoloji cəhətdən təmiz, tam yetişmiş Xaçia və Xiakume xurma sortlarının meyvələrində
ümumi şəkər, qlükoza, fruktoza, titrləşən turşuluq, C vitamini, mineral maddələr öyrənilmişdir.
Xromato-mass-spektrometriya üsulunun köməyi ilə xurma meyvəsində fenol birləşmələrinin ayrı-ayrı
nümayəndələri müəyyən edilərək antioksidant və antimikrob xüsusiyyətləri tədqiq edilmişdir.

Xurma sortları, ümumi şəkər,qlükoza, fruktoza, fenol birləşmələri, mineral maddələr