Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Quraqlıq Stresi Zamanı Buğda Genotiplərində Müxtəlif Assimilyasiyaedici Orqanların Səthinin Sahəsinin Və Quru Biokütləsinin Öyrənilməsi
T.İ. Allahverdiyev

Elmi-Tədqiqat Əkinçilik İnstitutu

Dəmyə şəraitində su stresinin bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda
genotiplərinin yarpaq, gövdə, sünbülün assimilyasiya sahəsinə və quru biokütləsinə təsiri öyrənilmişdir.
Müəyyən edilmişdir ki, yarpaqların sahəsi və quru kütləsi dənin formalaşmasına qədər kəskin
azalır. Sünbülləmə fazasına qədər gövdənin sahəsi su stresindən əksər genotiplərdə azalsa da, quru
biokütlənin artması suvarılan və dəmyə şəraitlərində dənin formalaşmasına qədər davam etmişdir.
Stresin təsirindən yarpaqların, gövdənin sahəsi və quru kütlə kəskin azalır. Sünbülün kütləsi suvarma
şəraitdə daha sürətlə artır, su qıtlığı zamanı isə yumşaq buğdalara nisbətən bərk buğda genotiplərində
daha çox azalır.

Buğda genotipləri, assimilyasiya sahəsi, quru biokütlə, quraqlıq stresi