Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Naxçıvan MR-da yayılmış Aegilops L. növlərinin ekoloji-botaniki təhlili
M.E. Eldarov, N.X. Əminov, M. Van Slageren

AMEA Genetik Ehtiyatlar İnstitutu
Millennium Toxum Bankı- Kyu Kral Botanika Bağları Tərəfdaşlığı, Wakehurst Place, Ardingly, West Sussex,
RH17 6TN, Böyük Britaniya

Məqalədə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində Aegilops L. cinsi növlərinin yayılması ilə bağlı
2013-2014-cü illərdə təşkil olunmuş ekspedisiyalar haqqında məlumat verilmişdir. 14 marşrut üzrə Aegilops
cinsinin 6 növünü (1 diploid, 5 tetraploid nümunə) təmsil edən 42 nümunədən ibarət toxum materialı və 58 nüsxə
herbari materialı toplanılmış, nümunələrin ekoloji-coğrafi məlumatları qeyd olunmuş və deskriptor formaları
üzrə qiymətləndirməsi aparılmışdır. Toplanma areallarının iqlim (dəniz səviyyəsindən hündürlüyü, yağıntının
miqdarı (mm) və temperatur (oC)) göstəriciləri üzrə bioekoloji xüsusiyyətləri qeyd olunmuşdur.

Aegilops L., növ, ətraf mühit, müxtəliflik, bioekoloji xüsusiyyətlər