Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Aralıqdənizi Tısbağalarında (Testudo graeca L., 1758) Karapaksın Və Plastronun Morfoloji Xüsusiyyətləri
C.Ə. Nəcəfov, R.R. Haqverdiyeva

Azərbaycan Tibb Universiteti

Məqalədə Abşeron yarımadasında aralıqdənizi tısbağalarında karapaksın və plastronun morfoloji
xüsusiyyətləri şərh olunur. İstər plastronda və istərsədə karapaksda olan pulcuqların ölçüləri dişilərdə
erkəklərlə müqayisədə iridir. Dişilərdə bu göstəricilərin iri olması onların çoxalması üçün yumurta
hazırlaması və əlverişsiz illərdə isə öz bədənlərində saxlaması ilə əlaqədardır. Lakin, bir neçə pulcuqda,
xüsusilə karapaksın və plastronun anal pulcuqunun maksimal və minimal eni göstəricisində erkəklər
üstünlük təşkil edir ki, bu da onların normal cütləşməsi və mayalanması ilə əlaqadardır.

Abşeron, aralıqdənizi tısbağası, çanaq, karapaks, plastron, pulcuq