Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bakı Şəhərinin Müxtəlif Dərəcədə Çirklənmiş Ərazilərində Bitən Olea europea L. Bitkisinin Yarpaqlarında Xlorofilin Flüoressensiyası, Fluktə Asimmetriyası Və Element Analizi
A.O. Məmmədova, B.T. Qafarova

Bakı Dövlət Universiteti
AMEA Botanika İnstitutu

Tədqiqat işi ətraf mühitin qiymətləndirilməsində vacib olan bitki obyektlərinin indikativ və remediativ
xüsusiyyətlərinin müəyyən edilməsinə həsr olunmuşdur. Bu məqsədlə Bakı şəhərinin müxtəlif dərəcədə
ekoloji çirklənmiş ərazilərində inkişaf etmiş zeytun (Olea europea L.) bitkisinin yarpaqlarında
paralel olaraq xlorofilin flüoressensiyası, fluktə asimmetriyası tədqiq edilmiş, element analizi aparılmış
və onlar arasında korrelyasiya müəyyənləşdirilmişdir. Bitki yarpaqlarının fizioloji halını, morfoloji
əlamətin fenotipik dəyişməsini və metal elementlərinin toplanma xüsusiyyətlərini xarakterizə
etməklə ekoloji monitorinq üçün mühüm məlumatların toplanması mümkün olmuşdur.

 

Olea europea L., biomonitorinq, fluktə asimmetriyası, flüoressensiya, xlorofil, element analizi