Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb Bölgələrinin Əhalisi Arasında Sidik Daşı Xəstəliyinin Epidemioloji Risk Faktorları Üzrə Təhlilinin Yekun Nəticələri
S.B. İmamverdiyev, R.T. Hüseynzadə

Azərbaycan Tibb Universiteti

Sidik daşı xəstəliyinin (SDX) epidemioloji risk faktorları dedikdə, xəstələrin cinsi, yaşı, boyu, çəkisi,
bədən kütlə indeksi (BKİ), qan qrupu, peşəsi və.s. başa düşülür. Tədqiqat işi Azərbaycan Tibb
Universitetinin urologiya kafedrasının akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının
nəzdində olan bazası və Azərbaycan Respublikası Şimal və Şimali-Qərb coğrafi zonalarına daxil
olan rayonların mərkəzi xəstəxanalarının bazaları əsasında aparılmışdır. Kliniki müşahidənin predmetini
2007-2011-ci ilər ərzində SDX diaqnozu əsasında müayinə və müalicə aparılmış xəstələr təşkil
edir. Ümumilikdə, 2305 xəstə tədqiq edilmişdir ki, onların 1505-i kişi (65,29±0,99%), 800 nəfəri
(34,71±0,99%) isə qadın olmuşdur. χ2 =2305 və p<0,001. Xəstələrdən 867-i (37,61±1,01%) şəhərdə,
1438-i (62,39±1,01%) kənddə yaşayan əhali qrupuna daxildir. Xəstələrin cinsləri üzrə bölgüyə baxsaq,
kişi cinsinə daxil olanlarının 565-i (37,54±1,25%) şəhərdə, 940-ı (62,46±1,25%) kənddə, qadın cinsinə
daxil olanların isə 302-i (37,75±1,71%) şəhərdə, 498-i (62,25±1,71%) kənddə məskunlaşan əhali
qrupuna aiddir. χ2 =0,01 və p>0,05. Tədqiqatımızın yekunu olaraq deyə bilərik ki, SDX olan xəstələrin
cinsi, yaş səviyyəsi, bədən kütlə indeksi (BKİ), rezus faktoru və peşə fəaliyyəti ilə sidik daş yaranması
arasında əlaqə baxımından yüksək dürüstlük təsdiq olunmuşdur. Bu da onu göstərir ki, epidemioloji
risk faktorları ilə SDX-nin formalaşması arasında əlaqə mövcuddur.

Sidik daşı xəstəliyi, bədən kütlə indeksi, yaşı, cins