Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Yasamal Aşırımında Briofitlərin Müxtəlifliyi Və Ekoloji Qrupları
T.P. Qasımov, V.S. Novruzov

AMEA Botanika İnstitutu
Gəncə Dövlət Universiteti

Məqalədə Azərbaycanın Yasamal aşırımının (Şəmkir rayonundan Gədəbəy rayonuna gedən yol)
briofitlərinin müxtəlifliyi və ekoloji qrupları tədqiq olunmuşdur. Yasamal aşırımının brioflorasının tədqiqi
zamanı 18 növ briofit nümunələri təyin edilmişdir. Onlardan 16 növü yarpaq gövdəli mamırlara aiddir ki, bu
da 13 cinsdə və 10 fəsilədə ümumiləşir. Ciyərotu mamırlarına aid 2 növ isə 2 cinsdə və 2 fəsilədə
ümumiləşir. Yarpaq gövdəli mamırlar içərisində üstünlük təşkil edən növlər Pottiaceae (5) və Bryaceae (3)
fəsilələrinə aiddir. Qalan 8 fəsilə isə hər biri bir növlə təmsil olunur.

Azərbaycan, Yasamal aşırımı, briofitlər, ciyərotu mamırları, yarpaq gövdəli mamırlar, taksonomika