Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Quraqlıq Stresi Zamanı Amarant Yarpaqlarının Sitozol və Mitoxondri Fraksiyalarında NAD-Malatdehidrogenaza Fermentinin Müqayisəli Öyrənilməsi
H.Q. Babayev

AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu

Amarant yarpaqlarının mezofil (MH) və örtük topa hüceyrələrinin (ÖTH) sitozol və mitoxondri
fraksiyalarında bitkinin inkişafının çiçəkləmə (Ç) və toxum yetişmə (TY) fazalarında quraqlığın
təsirindən NAD-malatdehidrogenaza (l-malate-NAD-oksidoreduktaza, NAD-MDH, EC 1.1.1.37)
fermentinin lokalizasiyası, izoferment spektri, fiziki-kimyəvi və kinetik xassələri tədqiq olunmuşdur.
Müəyyən olunmuşdur ki, amarant yarpaqlarında bitkinin inkişaf fazasından asılı olaraq NAD-MDH
geniş izoferment spektrinə malikdir və quraqlığın təsirindən fermentin izoformalarının sayında,
fəallığında və xassələrində əhəmiyyətli dəyişkənliklər baş verir. MDH-nin sitozol NAD-MDH-nın
(sNAD-MDH) kataliz etdiyi reaksiyanın VmaxOA qiyməti mitoxondri NAD-MDH-sına (mNAD-MDH)
nisbətən 2 dəfə çoxdur. Fermentin bütün izoformaları geniş pH optimuma malikdirlər və temperatura
qarşı davamlılıq göstərirlər. Ferment subhüceyrə fraksiyasından asılı olaraq öz substratı olan
oksalasetata (OA) qarşı yüksək, malata qarşı isə aşağı həssaslığa malikdir. NAD-MDH-nın kataliz
etdiyi reaksiya, ümumilikdə, Mixaelis-Menten qanunauyğunluğuna tabe olub, heç bir allosteriklik
göstərmir. Fermentin aktivliyi aralıq substratlar, bir və iki valentli ionlarla ciddi tənzim olunur.

 

Amarant, mezofil hüceyrələri, örtük topa hüceyrələri, NAD-malatdehidrogenaza, izoforma, lokalizasiya, quraqlıq, adaptasiya