Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan florasının Göyzəbankimilər (Boraginaceae Juss.) fəsiləsinin filogenetik əlaqələri və coğrafi analizi
V.N. Kərimov

AMEA Botanika İnstitutu

Məqalədə Azərbaycan florasının Göyzəbankimilər (Boraginaceae Juss.) fəsiləsi taksonlarının filogenetik
əlaqələri və genezisi məsələləri təhlil edilir. Fəsilənin növləri müasir florogenetik metodlarla
öyrənilərək müəyyən edilmişdir ki, regionun boragoflorasının formalaşmasında, Qədim Aralıq dənizi
florası əsas rol oynamışdır.

Göyzəbankimilər, areal tipi, coğrafi analiz, filogeniya, florogenetika