Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
NaCl Duzunun Müxtəlif Qatılıqlarının Buğda (Triticum durum Desf.) Genotiplərinin Bəzi Morfofizioloji Göstəricilərinə, Malondialdehidin Miqdarına Və Katalaza Fermentinin Fəallığına Təsiri
АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №3 --------------------------------------- D.R. Əliyeva

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Bərk buğda (Triticum durum Desf.) genotiplərinin cücərti səviyyəsində duza davamlılığını təyin etmək
üçün laboratoriya şəraitində toxumlar rulon metodu vasitəsilə yetişdirilmişdir. İlkin göstərici kimi
duz stresinin buğda bitkisinin kök və cücərtilərində boy parametrlərinə, quru və yaş biokütləyə, malon
dialdehidin (MDA) miqdarına və katalaza (KAT) fermentinin fəallığına təsiri öyrənilmişdir. NaCl
duzunun təsirindən kök və cücərtilərin inkişafı, eləcə də quru biokütlənin toplanması Bərəkətli-95
genotipi ilə müqayisədə Qaraqılçıq-2 genotipində daha çox ləngiyir. Müxtəlif qatılıqlı NaCl məhlulunda
(100 mM, 200 mM, 250 mM) yetişdirilmiş buğda cücərtilərində tolerantlıq indeksi Qaraqılçıq-2
genotipi üçün uyğun olaraq 51%, 64%, 93%, Bərəkətli-95 genotipi üçün isə 58%, 72%, 95% təşkil
etmişdir. Qaraqılçıq-2 genotipinin yarpaqlarında Bərəkətli-95 ilə müqayisədə MDA-nın miqdarı daha
yüksək, KAT-nin fəallığı isə aşağı olmuşdur. Belə nəticəyə gəlmək olar ki, Bərəkətli-95 genotipi duzun
təsirinə daha davamlıdır.

Triticum durum Desf., duzadavamlılıq, oksigenin fəal formaları, malon dialdehidi, katalaza