Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Akademik Vəli Axundov Və Azərbaycanda Yoluxucu Patologiya Problemlərinin Həllində Onun rolu (Anadan Olmasının 100 illiyi Münasibəstilə)
S.M. Fərəcova, G.İ. Mahmudova, A.İ. Əsədova, L.X. Axundova, S.F. Əfəndiyeva
#@

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına
Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

Bu il ölkəmizin elmi ictinaiyyəti həkim, alim və dövlət xadimi akademik V.Y.Axundovun 100 illik yu-bileyini qeyd edir. Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin Sərəncamı ilə (№ 353 20.06.96) onun adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna verilmişdir. Məqalədə alimin rəhbərliyi dövründə institutun elmi fəaliyyətinin qısa təhlili verilmiş, gigiyena, mikrobiologia və virusologiya sahəsində aparılan tədqiqatların əsas istiqamət-ləri və əldə olunan nəticələr əks olunmuş və Azərbaycanda patoloji problemlərin həllində akademik V.Y.Axundovun rolu göstərilmişdir.

Tibbi mikrobiologiya, virusologiya, gigiyena, yoluxucu xəstəliklər