Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bitkilərdə Nanohissəciklərin Sorulması Və Orqanlarında Hərəkəti
İ.S. Əhmədov, V.N. Ramazanlı, M.Ə. Ramazanov

Tədqiqat işində nanohissəciklərinin bitki hüceyrələrinə daxil olmasını, onların gövdədə hərəkətini və yarpaqlarında toplanmasını müəyyən etməyə imkan verən yeni üsul tətbiq edilmişdir. Bunun üçün də-mir oksidi nanohissəciklərindən istifadə edərək EPR üsulu ilə onların bitkilərin kök hüceyrələrinə so-rulması, oradan gövdəyə və yarpaqlara yayılması araşdırılmışdır. Dəmir nanohissəciklərinin məhlu-lunda saxlanmış Elodea bitkisində EPR siqnallarınqeyd edilməsi və analizi təsdiq etmişdir ki, nanohis-səciklər bitki hüceyrələrinə daxil ola bilir, onların gövdəsində hərəkət edərək yarpaqlarına yayılır. Də-mir nanohissəciklərinin bitkilərin toxumlarına da nüfuz etməsi müəyyən edilmişdir.

Nanohissəciklər, bitki, EPR, nanohissəciklərin sorulması, bitki orqanları, nanohissəciklərin hərəkəti