Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yumşaq (Triticum aestivum L.) Buğda Sortlarının Çörək Keyfiyyətinə Mühit Amillərinin Təsiri
Q.M. Həsənova, C.M. Təlai, X.N. Rüstəmov

Məqalə yumşaq buğda sortlarının bir sıra keyfiyyət göstəricilərinin və çörəkbişirmə keyfiyyətiə becər-mə şəraitinin və ilin mühit amillərinin təsirinin öyrənilməsinə həsr edilmişdir. Bitkilər nəmliklə təmin olunmamış dəmyə (Qobusan BTS), həmçinin suvarma (Tərtər BTS) şəraitlərində yetişdirilmiş və gös-tərilən parametrlərin becərmə illərinin şəraitindən və mühit amillərindən asılılığı müəyyən olunmuş-dur. Eyni zamanda, hər iki torpaq-iqlim şəraitində keyfiyyət göstəricilərini sabit saxlayan sortlar müəyyən edilmişdir.

Triticum aestivum L., çörək, keyfiyyət, mühit amilləri, texnoloji xüsusiyyət