Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ağ Ciyər Vərəmi Olan Xəstələr Arasında Dərmanlara Rezistentliyin Xüsusiyyətləri
R.İ. Bayramov

Müasir dövrdə vərəm xəstəlikləri arasında dərmanlara rezistent formaların rast gəlmə tezliyinin art-ması problemin hələ də aktual olduğunu göstərir. Tətqiqat işində vərəmin klinik formaları arasında daha çox rast gəlinən və epidemioloji təhlükəliliyi yüksək olan ağ ciyər vərəmi xəstələri arasında dər-manlara rezistentliyin strukturu öyrənilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, istər ilkin aşkar edilmiş vərəm əleyhinə dərmanlara qarşı rezistent ağ ciyər vərəmi olan xəstələr arasında, istərsə də əvvəllər vərəm əleyhinə müalicə almış dərmanlara davamlı ağ ciyər vərəmi olan xəstələr arasında multirezistent formalar daha çox rast gəlinir. Bu isə vərəm əleyhinə dərmanlara qarşı rezistent, xüsu-silə multirezistent ağ ciyər vərəmi olan xəstələrin vaxtında aşkar olunaraq düzgün, kompleks müalicə olunması nəticəsində epidemioloji vəziyyətin gərginləşməsinin qarşısının alınmasına doğru yönəlmiş vacib tədbirdir.

Ağ ciyər vərəmi, dərmanlara rezistentlik