İSSN 2078-3388
17 Sentyabr, Çərşənbə axşamıı, 2019
Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı
E.C. Mehbalıyeva

Tədqiqat göstərdi ki, normal inkişaf edən ikiaylıq erkək və dişi dovşan balalarının qanında gün ərzin-də qlükozanın səviyyəsi çox xarakterik dinamika üzrə dəyişilir. Bu yaşda qlükozanın qandakı miqdarı günün müxtəlif vaxtlarında (səhər, günorta və axşam) təxminən eynidir və ritmik xarakter kəsb etmir, cinsə görə kəskin fərqlər müşahidə olunmur. Hipoksiyanın ağır forması bu azyaşlı heyvanların orqa-nizmində qanın qlükoza homeostazı əvvəl hiper, sonra isə hipoqlikemik reaksiyaları üzrə dəyişdirir və heyvanın cinsi bu tip reaksiyaların inkişafında əhəmiyyətli rol oynamır. Güman edilir ki, kəskin ok-sigen çatışmazlığı zamanı toxumalarda qlükozanın mənimsənilməsi ilk anlarda zəiflədiyindən qanda hiperqlikemik vəziyyət yarana bilər.

Hipoksiya, qan, qlükoza homeostazı, hipe-, və hipoqlikemiya