Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
S.A. Hüseynova

Hazırkı tədqiqatın əsas məqsədi RDS ilə vaxtından əvvəl doğulan uşaqlarda damar endotelinin vazo-requlyator, hüceyrəarası adheziya funksiyalarının və apoptoz prosesinin qiymətləndirilməsi olmuşdur. Araşdırma 1500 qramdan aşağı bədən kütləsi ilə doğulan 54 uşaqda həyata keçirilmişdir. Onlardan RDS olan 26 uşaq əsas qrup, RDS olmayan 28 uşaq isə müqayisə qrupu kimi təsnif edilmişdir. Əsas qrupda vazodilatator NO konsentrasiyasının və onun əsas sintez mənbəyi olan eNOS aktivliyinin azal-ması, vazokonstriktor endotelin-1 səviyyəsinin isə dəyişməməsi müşahidə edilmişdir. RDS olan uşaq-larda apoptoz markeri olan Caspasae-9 göstəricisinin periferik qandakı səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, hüceyrəarası adheziya molekulu sİCAM-1 səviyyəsi isə həm neonatal dövrün ilk sutkalarında, həm də erkən neonatal dövrün sonunda müqayisə qrupuna nisbətən təqribən 2 dəfə yüksək olmuşdur. Tədqiqat göstərir ki, respirator distress zamanı vazokonstriksiya və hipoksik iltihabın davamlı olduğu hallarda apoptozun zəifləməsi baş verir.

Vaxtından əvvəl doğulma, respirator distress, tənffüs pozğunluğu sindromu, endotel funksiyası, hüceyrəarası adheziya, apoptoz