Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
İntroduksiya Olunmuş Və Yerli Noxud (Cicer Arietinum L.) Nümunələrində Genetik Müxtəlifliyin Molekulyar Analizi
S.M. Babayeva, Z.İ. Əkpərov, L.Ə. Əmirov, K.B. Şıxəliyeva, S.Q. Həsənova, Z.S. Muxtarova, Q.S.Aslanova, M.Ə. Abbasov

ISSR markerlərindən istifadə etməklə48 genotipdən ibarət mədəni noxud kolleksiyasının genetik müx-təlifliyi tədqiq olunmuşdur. Öyrənilən genotiplərdə 5 praymer üzrə 18-i polimorf olmaqla, ümumi-likdə, 32 bənd sintez olunmuş, kolleksiyanın genetik baxımdan az çeşidli (GMİ=0.43; PIC=0.21) olması aşkar edilmişdir. Aparılan tədqiqatlar nəticəsində noxud genotiplərinin ~65%-nin öz aralarında eynilik təşkil etməsi əsas götürülməklə, 26 nümunədən ibarət ilkin özək kolleksiya yaradılmışdır. İlk dəfə olaraq, genetik baxımdan çox fərqlənmiş 7 noxud nümunəsi üçün molekulyar-genetik pasport tərtib edilmişdir.

Genetik müxtəliflik, ISSR, noxud, özək kolleksiya