Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lənkəran Təbii Vilayətinin Düzənlik Qurşağında Gəmiricilərin Helmint Faunası Və Onun Bioekoloji Xüsusiyyətləri
E.K. Aslanova

Məqalədə ilk dəfə olaraq Lənkəran təbii vilayətinin düzənlik qurşağında yayılan gəmiricilərin helmint faunası və onun bioekoloji xüsusiyyətləri təhlil edilmişdir. Məlum olmuşdur ki, helmintlərin yayılması müxtəlif biotik və abiotik amillərin təsiri altında aralıq və axırıncı sahiblərin mövcudluğundan, onla-rın coğrafi yayılma xarakterindən, növlərin inkişafı üçün əlverişli fiziki-coğrafi amillərdən, təbiətdə sıxlığından və digər bioekoloji xüsusiyyətlərdən asılıdır. Gəmiricilərin inkişaf dövriyyəsi araşdırılmış və aşkar edilmiş 41 növ helmintdən 26 növünün biohelmint, 15 növünün geohelmint olması, bunlardan 9 növ helmintin insan və ev heyvanlarının helmintləri ilə ümumilik təşkil etməsi müəyyən edilmişdir.

Gəmiricilər, helmintfauna, landşaft, biohelmint, geohelmint, biotik və abiotik amillər