Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Böyük Qafqazın Cənub Ətəklərində Meşə Siçanlarının (Sylvaemus, Rodentia) Parazit Faunasının Epizootoloji Və Epidemioloji Xarakteristikası
C.Ə. Nəcəfov, Q.H. Fətəliyev, Q.O. Hüseynova

Böyük Qafqazın cənub ətəklərində, ilk dəfə olaraq meşə siçanlarının parazitfaunası öyrənilmiş və onlarda 43 növ parazit aşkar edilmişdir. Bu parazitlərin 22 növü helmint, 6 növü birə, 7 növü gənə, 8 növü isə koksididir. Ümumilikdə, meşə sicanlarının helmintlə yoluxma ekstensivliyi 73,7%, gənələrlə yoluxma ekstensivliyi 56,4%, birələrlə yoluxması 61,7%, koksidilərlə yoluxması 47,2% təşkil etmişdir. Aşkar edilmiş parazitlərdən helmintlərin 7 növü, koksidilərin isə 2 növü, ektoparazitlərin 8 növü insan və ev heyvanlarını müxtəlif xəstəliklərə yoluxdurur. Ona görə də epizootoloji və epidemioloji cəhətdən ekosistemdə mühüm əhəmiyyət kəsb edir.

Meşə siçanları, helmint, gənə, birə, koksidi, fauna, epizootologiya, epidemiologiya