Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanda Meşə Və Meyvə Ağaclarına Zərərverən Ksilofaqların Sayının Tənzimlənməsində Yırtıcı Böcəklərin Rolu
Z.M. Məmmədov, L.A. Şirinova

Azərbaycanın meşə və bağ sahələrində aparılan çoxillik tədqiqatlara əsasən respublikanın ağac və kol bitkilərinə zərərverən ksilofaqların sayının azalmasına təsir edən 14 növ yırtıcı böcək (Coleoptera) aşkar edilmişdir ki, ksilofaqlara qarşı bioloji mübarizədə onların 10 növündən istifadə edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Məqalədə bu böcəklərin bioekoloji xüsusiyyətləri, yayılmaları və təsərrüfat əhəmiyyəti haqda məlumatlar verilir.

Entomofaq, yırtıcı, ksilofaq, biologiya, bioloji mübarizə