Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lənkəran Əhalisinin Müxtəlif Yaş Qruplarında Baş Beynin Funksional Vəziyyətinin Tədqiqi
U.F. Həşimova, Y.O. Bayramova, Ç.Y. Qasımov

Məqalədə müasir kompüter elektroensefaloqrafiyası metodundan istifadə etməklə müxtəlif qrup in-sanlarda fon elektroensefaloqrammanın spektral-tezlik analizinin nəticələri verilmişdir. Yekun nəticə-yə gəlinmişdir ki, uzunömürlülərdə beynin funksional vəziyyəti qabıqaltı strukturların qabığın fəallı-ğına müdafiəedici tormozlayıcı təsiri ilə müşayiət olunan aşağı fəallıqla xarakterizə edilir. Uzunömür-lülərin qohumları qrupunda baş beynin yüksək funksional fəallığı müşahidə edilmişdir ki,bu da yük-sək adaptiv imkanların olduğunu göstərir. Kontrol qrupda isə oyanma prosesinin artmasıilə adapta-siyanın pozulmasının başlanğıc mərhələsi müşahidə olunur.

Uzunömürlülər, elektroensefaloqramma, spektral analiz, spektral güc, tezlik, baş beynin funksional vəziyyəti