Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanda Yerli Üzüm Populyasiyalarının Polimorfizm Xüsusiyyətləri
V.S. Səlimov, M.R. Qurbanov

Məqalədə 1998-2015-ci illərdə respublikanın müxtəlif üzümçülük bölgələrinə təşkil edilən elmi ekspe-disiyalar və tədqiqatlar nəticəsində ilk dəfə olaraq aşkar olunmuş, o cümlədən Üzümçülük və Şərab-çılıq ET İnstitutunun ampeloqrafik kolleksiya bağında əkilib-becərilən yerli üzüm sortlarının polimor-fizm və dəyişkənlik xüsusiyyətlərinin nəticələrindən bəhs edilir. Tədqiqatlar zamanı aydınlaşdırılmış-dır ki, respublikanın üzüm genofondu zəngin sortmüxtəlifliyi və polimorfizmi ilə seçilir. Yeni aşkar olunmuş 45 yerli üzüm sortunun ilk dəfə olaraq morfoloji əlamətləri, bioloji və təsərrüfat-texnoloji xü-susiyyətləri öyrənilmiş, təsnifat xüsusiyyətləri və coğrafi fonu dəqiqləşdirilmiş, beynəlxalq ampelodes-kriptorlar (66 deskriptor) əsasında həmin sortların rəqəmsal təsvirləri həyata keçirilmiş, deskriptor göstəricilərinin klasterləşdirilməsi əsasında onların irsi xüsusiyyətlərinin müxtəlifliyi qiymətləndiril-mişdir. Klaster analizdən məlum olur ki, üzüm sortları aqrobioloji və təsərrüfat-texnoloji xüsusiy-yətlərinə görə daha çox polimorfizmə malikdirlər. İlk dəfə olaraq Azərbaycanın 42 yerli üzüm sortu-nun mikrosatellit (10 SSR marker:VrZag62; VrZag79; VVMD5; VVMD7; VVMD27; VVMD28; VVMD21; VVMD24; VVMD25; VVS2) praymeri əsasında müxtəlif mənşəli (Qərbi Avropa, Moldova, Qafqaz) üzüm sortları ilə müqayisəli malekulyar tədqiqi zamanı alınan göstəricilərin genetik məsafə, genetik struktur, klaster analizi üsulları ilə müəyyən edilmişdir ki, yerli üzüm sortlarımız daha çox genetik müxtəlifliyə malikdirlər və genetik mənşəcə ayrıca böyük bir qrupu (94%) təşkil edirlər.

Üzüm, populyasiya, variasiya, sort, klon, salxım, gilə, ampeloqrafiya, biomorfologiya