Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Şimali-Qərbindəki Bəzi Çaytikanı Populyasiyalarının Forma Müxtəliflikləri Və Biokimyəvi Xarakteristikaları
Ş.M. Məmmədova, E.N. Novruzov, L.Ə. Mustafayeva

AMEA Botanika İnstitutu


Azərbaycanın Şimali-Qərb zonasında müxtəlif çayların vadisində bitən çaytikanı populyasiyalarından 30 forma toplanmışdır ki, onlardan 14-ü morfoloji və biokimyəvi cəhətdən ətraflı tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, bu formalar qiymətli bioloji (az tikanlı, meyvə saplağının uzun olması, meyvələrin qoparıl-masının quru olması) və biokimyəvi (yağın, karotinoidlərin, askorbin turşusu, flavonoid, katexin və ursol turşusunun miqdarının yüksək olması və s.) əlamətlərə malikdirlər. Əldə edilən nəticələr çaytikanının yerli yüksək məhsuldar, yağ və vitaminlə zəngin sortlarının yaradılması üçün onun Qafqaz yarımnövünün genetik resurslarından istfadəsinin perspektivli olmasını göstərir.

Çaytikanı, formalar, bioloji və biokimyəvi əlamətlər