Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Oksigenin Fəal Formalarını Zərərsizləşdirən Antioksidant Maddələr Və Onların Təsnifat Formaları
D.R. Əliyeva

Hüceyrədə oksigenin fəal formalarının (OFF) zədələyici təsirinə nəzarəti bitkinin antioksidant müda-fiə sistemi (AOS) həyata keçirir. Normal şəraitdə bitki güclü AOS hesabına hüceyrədə OFF-nin əmələ gəlməsi və zərərsizləşdirilməsini nəzarətdə saxlaya bilir. Bu sistemin komponentləri çoxsaylı və müx-təlifdir. Son illərdə antikosidant maddələr haqqında həddən çox məlumat toplanmışdır ki, bu da on-ların sistemləşdirilməsi zərurətini irəli sürür. Təəsüf ki, onların hələlik hamı tərəfindən qəbul olun-muş vahid təsnifatı yoxdur. Təqdim olunan işdə bu günə qədər məlum olan təsnifat formaları müza-kirə olnur.

Oksigenin fəal formaları, antioksidant müdafiə sistemi, antioksidantlar, oksidləşdirici stresin fermentləri