Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Eb Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik RAPD Markerlərin Müəyyənləşdirilməsi
Ə.Ç. Məmmədov

Yabanı buğda otu Thinopyrum bessarabicum (J = Jb = Eb) Á. Löve Triticum buğda cinsinə yaxın olan çox əhəmiyyətli cinsdir. Thinopyrum bessarabicum Qara və Aralıq dənizləri ərazisində 350 mM NaCl duzu qatılığında özünün həyat tsiklini tamamlamaq qabiliyyəti olan təbii alaq otudur. Tədqiqatlar nəticəsində Thinopyrum bessarabicum-un Eb genomunun 1Eb, 2Eb, 5Eb, 4Eb və 7Eb xromosomların hər birinin identi-fikasiyası üçün spesifik RAPD markerlər müəyyən edilmişdir amma, 3Eb və 6Eb xromosomlar üçün spe-sifik RAPD praymerlər işlənib hazırlanmayıb. Aparılan tədqiqat işinin məqsədi Thinopyrum bessarabi-cum-un Eb genomunun 3Eb və 6Eb xromosomlarının identifikasiyası üçün spesifik RAPD markerlərin müəyyən edilməsidir.

Thinopyrum bessarabicum, Eb genom, xromosomlar, RAPD marker, hibridlər, disomik əlavə olunmuş xətlər, PZR