Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Fiziki Yükün Beyində Oksidant-Antioksidant Münasibətlərinə Təsiri
S.A. Əliyev
#@

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

 

Normada orqanizmdə oksigenin aktiv formalarının (OAF) orta səviyyədə daimi yaranması aerob
metabolizmin tərkib hissəsidir. Funksional fəaliyyətin güclənməsi zamanı bütün orqan və toxumalarda
onun hasilatı yüksəlir. Fiziki yüklə bağlı skelet əzələlərində OAF-nın yaranması fizioloji oksidləşdirici
stres kimi qiymətləndirilir və bu hadisənin oksidləşdirici-zədələyici və siqnal-stimullaşdırıcı aspektləri
tədqiq edilərək elmi ədəbiyyatda geniş əks olunubsa, oksidləşdirici stresə yüksək həssaslığa malik olan
orqanda - beyində - analoji məsələlərə həsr edilmiş tədqiqatların sistemli analizi və müasir baxışların
təqdimatı az yer almışdır. Təqdim olunan məqalə fiziki yüklərin təsiri altında beyində baş verən
redoks dəyişikliklərin mahiyyəti, bu dəyişikliklərin həm neyrodegenerativ, həm də qoruyucu -
müalicəvi mexanizmləri haqqında tədqiqatların nəticələrini diqqətə çatdırır, müasir dövrdə insanların
ümumi sağlamlığının qorunması, eləcə də Altsheymer, Parkinson və digər sinir sistemi xəstəliklərinin
qarşısının alınmasında fiziki yüklərin oksidant-antioksidant balansına təsir etmək xüsusiyyətlərinin
üzə çıxarılması üzrə tədqiqatların vacibliyini əsaslandırır.

Fiziki yük, oksigenin aktiv formaları, oksidant-antioksidant balansı, beyin