Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Zəfəranın (Crocus sativus L.) Abşeron Populyasiyasının Biologiyasının Öyrənilməsi Strategiyası
T.Q. Qaragözov, K.Q. Qasımov S.V. Sərkərov, E.N. Novruzov, P.Z. Muradov, İ.Ə. Şahmuradov

AMEA Botanika İnstitutu
AMEA Mikrobiologiya İnstitutu

 


Yüksək farmakoloju keyfiyyəti ilə seçilən C. sativus L.-ın Abşeron populyasiyasının biologiyasının tədqiqi
planı təklif olunur. Bir ekoforma kimi zəfəran istehsalının keyfiyyətinin standartlaşdırılma və sertifikasiyası
məqsədi ilə, ekoformanın selen toplayıcısı kimi statusının təyin edilməsi, selenin transformasiya və dövr
etməsində rizosfer bakteriyaların rolunun öyrənilməsi, ontogenetik inkişaf dövrlərinin müəyyən edilməsi və
biotexnoloji çoxaldılmada hormon amillərinə kompetentlik mərhələlərinin aşkar edilməsi məqsədi ilə Crocus
sativus L.-in hazırki populyasiyanın molekulyar-genetik, bniokimyəvi, mikrobioloji, və virusoloji
tədqiqatları irəli sürülür.

C. sativus L., selenat, selenit, ontogenez, ekoforma, biotexnologiya