Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Qərbində Yayılan Hiasintkimilərin (Hyacinthaceae Batsch) Qurşaqlara Görə Yayılması
Z.K. Salayeva, A.A. Əsgərova, S.C. İbadullayeva

AMEA Naxşıvan Bölməsi Bioresurslar İnstitutu
Gəncə Dövlət Universiteti
AMEA Botanika İnstitutu

 

Məqalədə Azərbaycanın qərbində (Naxçıvan Muxtar Respublikası və Kiçik Qafqaz ərazisində) apardığımız
tədqiqat işlərinə əsaslanaraq, Hyacinthaceae Batsch fəsiləsinə aid növlərin yüksəklik qurşaqlarına
görə yayılma qanunauyğunluqlarından bəhs edilmişdir. Çöl tədqiqatları zamanı hər bir növə
aid herbari numunələri toplanılmış, onların yayıldiğı yüksəkliklər qeyd edilmışdir. Hiasintkimilərin
yüksəklik qurşaqlarına görə yayılması 5 zonanı - Arazboyu düzənlik, Bozqır yaylası, orta dağlıq,
yüksək dağlıq və subalp qurşaqlarnıı əhatə edir. Bu qurşaqlar üzrə yayılan hiasintkimilərin növ
tərkibi göstərilmiş, onların əmələ gətirdikləri bitki qruplaşmalarından bəhs edilmişdir.

Hyacinthaceae Batsch, geofit bitkilər, yüksəklik qurşağı, zümrüd çiçəyi, ilan soğanı, quşsüdü, bellovaliya, ələyəz