Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Düzən Qarabağ Şəraitində Bərk Və Yumşaq Buğda Genotiplərinin Adaptiv Qiymətləndirilməsi
M.Q. Əhmədov, X.N. Rüstəmov, Q.M.Həsənova, С.M. Təlai, Ə.Y. Kərimov, E.R. Ibrаhimov, Ə.C. Musayev

Аzərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu
AMEA Genetik Ehtiyatlar İnstitutu

 

Məqalə düzən Qarabağ şəraitində Azərbaycan ET Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə
Stansiyasında (BTS) aparılmış tədqiqatlara əsasən bərk (Triticum durum Desf.) və yumşaq (Triticum
aestivum L.) buğda sortlarının adaptivlik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur.
Aqroekoloji şəraitlərə görə kəskin fərqlənən 2010-2014-cü illər ərzində Azərbaycan, CIMMIT,
İCARDA və s. mənşəli genotiplərin məhsuldarlıq və dənin keyfiyyəti göstəriciləri müqayisəli analiz
edilmişdir. Dəyişkən iqlim şəraitinin vahid sahədən məhsuldarlıqla və dənin keyfiyyət göstəricilərinə
təsirinə görə genotiplərin adaptivliyi qiymətləndirilmiş və limitləşdirici stres şəraitlərində yüksək
adaptivliyə malik sortlar seçilmişdir (Provinciale 13/2013, Mahmud 80, U 11AGEC-13, U 11AGEC-14,
Lutescens 70/11 və s.). Dənin şüşəvariliyi ilə 1000 dənin kütləsi arasında yüksək etibarlı müsbət,
sedimentasiya ilə dənin şüşəvariliyi və 1000 dənin kütləsi arasında yüksək etibarlı mənfi əlaqə
tapılmışdır.

Buğda, məhsuldarlıq, dənin keyfiyyəti, adaptivlik