Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Gəngiz (Salsola nodulosa (Moq. İljin) Bitkisinin Morfo-Anatomik Analizi
Z.İ. Hümbətov, İ.F. Əliyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

 

Çöl və laborator tədqiqatlar nəticəsində Salsola nodulosa bitkisinin morfoloji-anatomik quruluş xüsusiyyətləri
müəyyən edilmişdir. S.nodulosa ontogenezin bütün mərhələlərində yüksək quruluş ixtisaslaşması
ilə xarakterizə olunur, bu isə növün yarımsəhraların kserotermik və ağır mexaniki tərkibli
torpaq şəraitində bitməsini təmin edir. Bu yarpaq mezofilinin krans-sentrik tipi, vegetativ orqanların
ikinci qalınlaşması, zoğların erkən və çox sklerifikasiyası zəminində özünü biruzə verir.

Dəricik, qabıq, hipoderm, sklerenxim, topa, özək, mərkəzi silindr