Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Florasında Ayıdöşəyi (Dryopteris Adans. s.str.) Cinsinin Taksonomik İcmalı
A.M. Əsgərov , Ünal Akçay , L.N. Verdiyeva

AMEA Genetik Ehtiyatlar İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti
Gəncə Dövlət Universiteti

 

Ədəbiyyat, herbari materiallarının öyrənilməsi və təbiətdə aparılan monitorinqlər nəticəsində müasir
Azərbaycan florasında Ayıdöşəyi (Dryopteris Adans. s. str.) cinsinin 2 yarımcins və 3 seksiya üzrə 15
növü (onların 6-sı hibrid mənşəlidir) və 3 növmüxtəlifliyinin yayılması müəyyən edilmişdir. Məqalədə
onların təyinedici cədvəli, sistematikası və bioekoloji xüsusiyyətləri haqqında məlumat verilmişdir.
Həmin taksonların Beynəlxalq Botaniki Nomenklatura əsasında prioritet adları, əsas sinonimləri, nomenklatura
tipləri; dünyada, o cümlədən Qafqaz və Azərbaycanda arealları dəqiqləşdirilmişdir.

Ayıdöşəyi, sistematika, ekologiya, areal, tip