Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lazer Keratofraksion Cərrahiyyədə Buynuzlu Qişanın Fotoprotektor Xüsisyyətlərinin Qiymətləndirilməsinə Dair Yeni Yanaşma
A.İ. Sultanova

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

 


Buynuz qişasının fotoprotektiv xassələrinin qiymətləndirilməsi məqsədilə ilk dəfə yeni bir yanaşma üsulu
təklif olunmuşdur. Bu üsulun mahiyyəti buynuz qişasının optik sahəsinin mərkəzinin və həmçinin
epiteliumun, Baumen təbəqəsinin və stromanın qalınlığının təyin edilməsi və onların fotoprotektiv funksiyadakı
rolunun analizindən ibarətdir. Emmetropik gözün sağlam buynuz qişasının göstəriciləri ilə
müqayisədə onların qalınlığının dəyişməsinə əsasən fotoprotektiv indekslərin hesablanması və analizi həyata
keçirilir. Analiz edilməli olan indekslərin sayı ultrasəs və optik keratopaximetriyanın konkret texnologiyası
vasitəsilə təyin edilir. Buynuz qişası üçün yüksək dəqiqlikli spektral OKT şübhəsiz ki, bir çox üstünlüklərə
malikdir. Bu zaman ön epiteliumun və Baumen təbəqəsinin qalınlığının fotoproteksiya üçün əhəmiyyəti
nəzərə alınır, çünki bu strukturlar 4-7 dəfə çox ultrabənövşəyi şüa udur.

Fotoproteksiya, buynuz qişasının fotoprotektiv xassələri, buynuz qişasının lazer keratorefraksion cərrahiyyəsi