Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
.Dipsacaceae Fəsiləsinə aid Bitkilərin Komponent Tərkibi və Bioloji Xassələri
İ.S. Mövsümov, C.Y. Yusifova

Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrası

 


Dipsacaceae fəsiləsindən olan bitkilərin kimyəvi tərkibi haqqında icmal 1981-ci ildə yazılmışdır. 2015-ci ilə
qədər kecən 34 ilə yaxın bir müddət ərzində dünya ədəbiyyatlarda bu barədə xeyli işlər çap olunmuşdur.
İcmal məqalənin məqsədi mövcüd məlumatları ümümiləşdirmək, tədqiqatçıların diqqətini bioloji fəal
maddələrə və dərman vasitələri mənbələrinə cəlb etməkdir. Knautia montana bitkisinin çıçəklərindən apiqenin,
sversiayaponin, qiqantozid A. Knautia arvensis bitkisindən flavonoidlər, fenolkarbon turşuları, tannin,
epikatexin alınmış və bitkidə 15 aminturşu olduyu müəyyən edilmişdir. Cephalaria və Scabiosa cinsindən
olan bitkilərin əksəriyyətinin çiçəklərində flavonoidlərlə yanaşı triterpen saponinlərinin tapılması adları
çəkilən bu iki qrup maddələr əsasında yeni dərman vasitələrinin yaradılması imkanlarını öyrənmək
məsələsini ortaya qoyulmuşdur.

Dipsacaceae, Knautia, Cephalaria, Scabiosa, flavonoidlər, triterpen saponinlər