Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Polien Makrolid Antibiotiklərin Dimetilsulfoksidlə Birgə Bitkilərin Virus Və Göbələk Xəstəliklərinə Qarşı İstifadəsi
V.X. Qasımova

Bakı Dövlət Universiteti

 


Polien antibiotiklərin (PA) və dimetilsulfoksid (DMSO) molekulların fiziki-kimyəvi xüsusiyyətləri məqalədə
müqaisəli şəkildə göstərilmişdir. Onların bimolekulyar lipid membranları ilə kompleks şəklində qarşılıqlı
təsiri ilə bağlı və membranlarda yaratdıqı bioloji effektlərin qiymətləndirilməsinə yönəlmiş tədqiqat işləri
aparılmışdır. Amfoterisin B və levorin molekulların membranlarla qarşılıqlı təsiri və fiziki-kimyəvi xüsusiyyətlərinin
eksperimental tədqiqi məqalədə şərh edilmişdir. PA-in əsasında bitkilərin virus və göbələk xəstəliklərinə
qarşı effektiv təsir göstərən membranaktiv preparatların yaradılmasına aid nəzəri model hazırlanmışdır.

Polien makrolid antibiotiklər, dimetilsulfoksid, amfoterisinB, levorin, lipid membranları, bitkilərin virus və qöbələk xəstəklərinə tutulması.