Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yaşayış Binalarında Yayılan Mikromisetlərin Bioaerozollaşması Və Patogenlik Xüsusiyyətləri
İ.Ə. Əliyev

AMEA Mikrobiologiya İnstitutu

 

Təqdim olunan iş yaşayış binalarında məskunlaşan mikromisetlərin spesifik mikroiqlim şəraitindən
asılı olaraq bioaerozollaşması və patogenlik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. Müəyyənləşdirilmişdir
ki, müxtəlif statuslu otaqlarda yayılan mikromiset sporlarının bioaerozollaşması
nisbi rütubətin 60-75% intervalında məişət tozunun kimyəvi tərkibindən asılı olaraq gerçəkləşir.
Bioaerozol hissəciklərin tərkibində Aspergillus və Penicillium cinslərinin nümayəndələri dominantlıq
edirlər. Habelə, məlum olmuşdur ki, bioaerozol hissəciklərin ölçülərinin (d≥5,3 mkm və kütlələrinin
(1-12 mkq) artması, onların sensibilizasiya aktivliyini və patogenlik xüsusiyyətlərini yüksəldir.

Yaşayış binaları, mikromiset, məişət tozu, bioaerozollaşma, patogenlik