Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ontogenezin Müxtəlif Dövrlərində Aparılan Hipoksiyanin Dovşan Balalarının Beyninin Bioelektrik Aktivliyinə Təsiri
İ.H. İbrahimli, Ə.H. Hüseynov, A.Ə. Mehdiyev

AMEA A.İ. Qarayev adına Fiziologiya İnstitutu

 

10, 20 və 30 günlük dovşanların elektrokortikoqramması (EKoQ) bir dəfə aparılan kəskin hipoksiyadan
sonra qeyd edilib. Oksigen çatışmazlığı 10 və 20 günlük dovşanlarda EKoQ-nin spektrində
aşağı tezlikli dalğaların xüsusi çəkisini 3-5% artırır, eyni zamanda dalğaların amplitudası yüksəlir.
30 günlük dovşanlarda EKoQ-nin spektri hipoksiyanın təsiri ilə dəyişmir. Lakin əvvəlki təcrübə
qruplarından fərqli olaraq EKoQ-nin aşağı tezlikli və alfa dalğalarının amplitudası azalır. Müxtəlif
yaş qruplarında EKoQ-nin oksigen çatışmazlığına davamlılığının müqayisəsi əsasında demək olar ki,
yaşın artması ilə əlaqədar EKoQ-nin hipoksiyaya davamlılığı artır.

Elektrokortikoqramma, hipoksiya, ontogenez, dovşan GİRİŞ