Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
“Azəri” Xam Neftinin Çəki Baliğinin (Сyprinus carpio L.) Davraniş Reaksiyalarina Təsiri
U.F. Həşimova, S.L. Abdulkərimova, N.Q. Rəhimova

AMEA A.İ. Qarayev adına Fiziologiya İnstitutu

 


Təqdim olunan işdə 100 mq/l və 500 mq/l qatılıqlarda “Azəri” yatağı xam neftinin təsirinin 1, 3, 6, 24, 48, 72
və 96-cı saatlarında laborator şəraitdə kür çəki balığı nümunəsində (Сyprinus сarpio L.) balıqların davranış
reaksiyalarına təsiri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, hər iki qatılıqda xam neftin təsiri nəticəsində
balıqların hərəki aktivliyi, quyruq üzgəcinin hərəkəti, tənəffüs tezliyi dəyişir. Həmçinin, xam neft təsiri
nəticəsində balıqlarda narahatçılıq, tullanmalar, öskürmə və əsnəmə aкtları, səthi üzmə, hava udma və
tarazlığın pozulması qeyd olunmuşdur.

Xam neft, çəki balığı, davranış reaksiyaları