Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Ərazisində Ağbaş Kərkəsin (Gyps fulvus) Populyasiyasına Mənfi Təsir Edən Amillərin Aradan Qaldırılması Yolları
T.Ə. Kərimov

AMEA Zoologiya İnstitutu

 

Antropogen xarakterli amillərin birbaşa və dolayısı yolla ağbaş kərkəsin populyasiyasının strukturuna
təsiri öyrənilmişdir. Müəyyən edildi ki, antropogen xarakterli amillər ağbaş kərkəsin yem
bazasının azalmasına səbəb olmuşdur. Trofik şəraitin pisləşməsi isə populyasiyada fərdlərin, eləcədə
coxalmada iştirak edən cütlərin sayının azalmasına və emiqrasiyanın artmasına səbəb olmuşdur.
Populyasiyanı tənənəzzülə gətirib çıxaran trofik şəraiti yaxşılaşdırmaq məqsədilə, ağbaş kərkəsin
təbiətdə süni yemləndirilməsini təşkil etdik. Yem şəraitinin yaxşılaşdırılması populyasiyada fərdlərin
və çoxalma prossesində iştirak edən cütlərin sayını artırmaqla, ağbaş kərkəsin sayının sabit dinamikasına
imkan yaratdı.

Leşyeyən quşlar, yem, populasiya, mənfi amil, nəslvermə, say dinamikası