Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ağstafa Rayonu Ərazisində Hörümçəklərinin (Arachnida, Araneae) Öyrənilməsinə Dair
Ş.İ. Xasayeva, E.F. Hüseynov

AMEA Zoologiya İnstitutu

 

Məqalədə 2012-2014-cü illərdə Ağstafa rayonu ərazisində aparılmış tədqiqatların nəticələri verilmişdir.
Toplanılmış araxnoloji nümunələrin tədqiqi zamanı 11 fəsiləyə aid 24 növ hörümçək aşkar
edilmişdir. Bunlardan iki növ (Clubiona frutetorum, L.Koch, 1867; Monaeses israeliensis Levy, 1973)
Qafqaz faunası üçün, 8 cins (Arctosa C.L. Koch, 1847; Parasteatoda Archer, 1946; Pachygnatha
Sundevall, 1823; Enoplognatha Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833;
Heriaeus Simon, 1875; Tmarus Simon, 1875) və 13 növ [Neriene clathrata (Sundevall, 1830);
Philodromus dispar (Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalangioides
(Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis (Westring, 1861); Crustulina sticta
(O. P.-Cambridge, 1861); Pachygnatha degeeri Sundevall, 1830; Parasteatoda lunata (Clerck, 1757);
Enoplognatha quadripunctata (Simon, 1884 ); Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus
horvathi Kulczynski, 1895] isə Gəncə-Qazax bölgəsi üçün ilk dəfə qeyd olunur.

Hörümçək, Gəncə-Qazax bölgəsi, fauna, yeni növlər