Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Abşeronda Ağac Və Kol Bitkilərinə Başlıca Zərərverən Ksilofaqların (Coleoptera) Parazitləri Və Onlardan Bioloji Mübarizədə İstifadənin Mümkünlüyü
Z.M. Məmmədov, L.A. Şirinova, R.S. Atayeva*, E.F. Səfərova

AMEA Zoologiya İnstitutu

 

Abşeron yarımadasında aparılan tədqiqatlara əsasən (2009-2013-cü illər), ksilofaqların sayının
biotənzimlənməsində 3 dəstəyə, 14 fəsiləyə mənsub 50 növ entomofaqın fəaliyyət göstərdiyi müəyyənləşdirilmişdir.
Aparılan tədqiqatlar nəticəsində aşkar edilmiş 50 növ entomofaqdan 36 növü
parazitlərə aiddir. Ksilofaqlara qarşı bioloji mübarizədə təsərrüfat əhəmiyyəti olan 17 növ parazit
müəyyənləşdirilmişdir. Onlardan 14 növünün bioekoloji xüsusiyyətləri, sahibin biotənzimlənməsində
rolu və təsərrüfat əhəmiyyəti geniş öyrənilmişdir.

Ksilofaq, zərərverici, entomofaq, parazit, yırtıcı, meşə, bağ, bioloji mübarizə