Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Buğda Sortlarında Duzadavamlılıq Potensialının Qiymətləndirilməsində RAPD-PZR MetodununTətbiqi
Z.C. Süleymanova, Ə.Ç. Məmmədov, A.А. Zamanov, S.Y. Süleymanov

AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu
AMEA Botanika İnstitutu
Аzərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu


Duzadavamlılığı idarə edən genlərlə əlaqədə olan məlum RAPD-markerlərin köməyi ilə112 buğda
sortu duzadavamlılıq potensialına görə analiz olunmuşdur. RAPD praymer-OPZ09 ilə aparılan PZR
nəticəsində tədqiq olunan genotiplərin 39-da uzunluğu 590 n.c.-dən ibarət olan gözlənilən DNT fraqmenti
amplifikasiya olunmuşdur. Bu markerin tədqiq olunan kolleksiyada duza tolerantlıq əlaməti ilə bağlı olduğu
güman edilir.

Buğda, duzadavamlılıq, RAPD-PZR