Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Naxçıvan MR-dən Toplanılmış Yeni Kompakt Buğdaların (T. compactum Host.) Aqrobioloji Xüsusiyyətləri
X.N. Rüstəmov

Məqalə 2012-2013 cü illərdə Naxçıvan MR ərazisinə təşkil edilmiş 4 ekspedisiya nəticəsində kompakt
buğda (T.compactum Hоst.) növünə aid toplanılmış yeni nümunələrə həsr olunmuşdur. Muxtar
Respublikanın müxtəlif ərazilərindən, başqa növlərlə yanaşı böyük əksəriyyəti kompakt buğdanın
kobud sünbüllü-convar.rigidicompactum (105 nümunə - 92,1%), yarımkobud sünbüllü, inflyantconvar.
inflatum (2 nümunə) və yumşaq, zərif convar.compactum (6 nümunə) növmüxtəliflikləri
qruplarına aid cəmi 113 müxtəlif botaniki forma və növmüxtəliflikləri, növlərarası hibridlər
toplanmışdır. Əsas məqsəd abiotik və biotik stress faktorlarına davamlılıq, yüksək məhsuldarlıq və
dən keyfiyyəti istiqamətlərində payızlıq yumşaq və kompakt buğdaların seleksiyası üçün ilkin
seleksiya materialı, genetik mənbə və donorların yaradılmasıdır.

Triticum cоmpactum Hоst., convarietas rigidicompactum, subconvarietas rigidicompactum, convarietas inflatum, subconvarietas roshanum, convarietas compactum