Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Quraqlıq Və Duz Stresləri Şəraitində Buğda Genotiplərində Rubisko, Rubisko aktivaza Və Fosfoenolpiruvat karboksilazanın Zülal Səviyyələrinin Dəyişilməsi
Ş.M. Bayramov

Məqalədə nəzarət olunan şəraitdə və eyni zamanda quraqlıq və duz stresinin təsiri zamanı bərk (Bərəkətli-
95, Qaraqılçıq-2) və yumşaq (Əzəmətli-95, Qiymətli-2/17) buğda genotiplərinin ilkin cücərtilərində
və yetkin bitkilərin müxtəlif orqanlarında Rubisko, Rubisko aktivaza və fosfoenolpiruvat
karboksilaza fermentlərinin zülal miqdarlarının dəyişilməsi immunoblotinq metodu ilə öyrənilmişdir.

Buğda, Rubisko,Rubisko aktivaza, fosfoenolpiruvat karboksilaza, abiotik stres