Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Aralıq Dənizi Mənşəli Ağac Bitkilərinin Mövsümi İnkişaf Ritminin Tədqiqi
E.Y. Əliyev*, E.O. İsgəndər, E.P. Səfərova

Məqalədə Abşeron yarmadasında introduksiya edilmiş Aralıq dənizi mənşəli, ağac və kol bitkilərinə
iqlim amillərinin təsiri ilə əlaqədar onların mövsümi inkişaf ritmində baş verən dəyişikliklər digər
botaniki-coğrafi zonalarla müqayisəli təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, Abşeron şəraitində
bu bitkilər inkişaf ritimlərini tam başa çatdıra bilirlər və onların geniş istifadə olunması məqsədəuyğundur.

Açar sözlər: Aralıq dənizi mənşəli ağac bitkiləri, introduksiya, inkişaf ritmi