Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Florasında Yayılan Artemisia L. Cinsi Növlərinin Efir Yağlarının Tədqiqi
Ə.N. Ələsgərova, S.İ. İbrahimova F.H. Hüseynova

İlk dəfə olaraq, Azərbaycan florasında yayılan 34 yovşan (Artemisia L.) novündən alınan efir yağları
tədqiq edilmiş, vegetasiyanın müxtəlif fazalarında onların faizlə miqdarı və komponent tərkibi
öyrənilmişdir. Tədqiqatlar nəticəsində 8 növün (A. fragrans Willd., A. spicigera C. Koch., A.
szowitziana (Bess.) A.Grossh., A. absinthium L., A. issayevii Rzazade, A. annua L., A. scoparia Waldst et
Kit., A.scoporoides Grossh.) efir yağlarının protozoosid, 12 növün efir yağlarının (A. fragrans, A.
hanseniana (Bess.) A.Grossh., A. kobstanica Rzazade, A. prilipkoana Rzazade, A. iskenderiana Rzazade,
A. szowitziana, A. scoparia, A. scoparoides Grossh., A santonica L., A. chazarica Rzazade, A. austriaca
Jacq., A.monogyna Waldst et Kit.) efir yağlarının funqisid, 6 növün (A. fragrans, A. annua, A.
chazarica A. kobstanica, A. szowitziana, A.scoparoides Grossh.) antifunqal, 5 növün (A. issayevii, A.
szowitziana, A. fragrans, A. maritima L., A. marschalliana Spreng) antivirus, 6 növün (A. fragrans, A.
szowitziana, A. hanseniana, A. issayevii, A. fedorovii Rzazade, A. kobstanica) antimikrob, 14 növün sulu
dəmləmələrinin (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A.
prilipkoana, A. iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A.
monogyna) in vivo və in vitro-da protozoosid xüsusiyyətlərə malik olması aşkar edilmişdir.

Artemisia L., efir yağları, qaz maye xromatoqrama, xromato-mass-spektrometriya, antimikrob təsir