Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Timalinin Birdəfəlik Təsirindən Sonra Siçovulların Baş Beyninin Mitoxondri Fraksiyasında QAYT Mübadiləsinin Tədqiqi
N.N.Əliyeva

Müəyyən edilmişdir ki, timalinin əzələdaxilinə yeridilməsindən sonra baş beynin mitoxondrisində qlutamatdekarboksilazanın
fəallığı yüksəlir, QAYT-aminotransferazanın fəallığı isə aşağı düşür. Bu zaman
qlutamin və asparagin aminturşularının miqdarı hipotalamus, beyincik, beynin görmə və hərəki
qabığının mitoxondrisində azalır, qamma-aminyağ turşusunun miqdarı isə artır. Timalinin təsirindən
sonra QAYT mübadiləsində baş verən dəyişikliklər sinir və immun sistemlərinin qarşılıqlı əlaqələrinə
əsaslanır.

Timalin, qamma-aminyağ turşusu, qlutamin turşusu, asparagin turşusu, qlutamatdekarboksilaza, QAYT-aminotransferaza, beyincik, hipotalamus, beynin görmə və hərəki qabığı